BİZNES

15 Oktyabr

Azərbaycana Rusiyadan 21,2 milyon kubmetr qaz idxal edilib

2025-ci ilin yanvar–avqust aylarında Rusiyadan Azərbaycana 21,2 milyon kubmetr təbii qaz idxal edilib və bunun üçün 3,9 milyon ABŞ dolları ödənilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövründə Rusiyadan qaz idxalı barədə məlumat qeydə alınmayıb.

Ümumilikdə, bu dövrdə Azərbaycana xarici ölkələrdən 233,3 milyon kubmetr təbii qaz idxal olunub ki, bunun ümumi dəyəri 36 milyon ABŞ dolları təşkil edib. Həcim üzrə idxal ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb (234,4 milyon kubmetr), dəyər ifadəsində isə 2 dəfə azalaraq 38,8 milyon ABŞ dolları olub.

Fuad Mədətov
Finss.az