Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC son 9 ildə Xəzərdənkənar sularda yük daşınmasını təxminən 3,3 dəfə artıraraq 609 min 742 tona çatdırıb.
Finss.az ASCO-nun məlumatına əsasən xəbər verir ki, şirkət uzun fasilədən sonra 2014-cü ilin oktyabr ayında Xəzərdən kənar fəaliyyətini bərpa edib, eyni ildə isə “Üzeyir Hacıbəyli” və “Natəvan” quru yük gəmiləri beynəlxalq sularda istismara verilib.
2015-ci ildə Xəzərdənkənar sularda 183 min 139 ton yük daşınmışdı, 2024-cü ildə isə bu rəqəm 609 min 742 tona çataraq 233% artım göstərib.
“Bu yüksəliş milli gəmiçiliyin beynəlxalq arenada daha böyük nailiyyətlərə doğru inamla addımladığını göstərir”, – məlumatda vurğulanıb.
Fuad Mədətov
Finss.az