BİZNES

16 Oktyabr

Azərbaycanın Türkiyəyə qaz ixracı 1,8 milyard dollara çatıb

2025-ci ilin yanvar–avqust aylarında Azərbaycandan Türkiyəyə 6,6 milyard kubmetr (qaz halında) təbii qaz ixrac olunub, dəyəri 1,8 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 252,8 milyon dollar və ya 12,2%, həcm baxımından isə 42,5 milyon kubmetr və ya 0,6% azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycan Türkiyəyə təxminən 6,8 milyard kubmetr həcmində, 2,1 milyard dollar dəyərində təbii qaz satıb.

Eyni zamanda, cari ilin yanvar–avqust aylarında Azərbaycandan xarici ölkələrə ümumilikdə 16 milyard kubmetr təbii qaz, 6 milyard ABŞ dolları dəyərində ixrac edilib.

Fuad Mədətov
Finss.az