2025-ci ilin 9 ayı üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 12,1 mln. kVt·st, yəni 0,1 % artaraq 21 798,7 mln. kVt·st olub.
Energetika Nazirliyindən Finss.az-a verilən məlumata görə, bu dövrdə İES-lərdə 18 659,6 mln. kVt·st, SES-lərdə 2 414,3 mln. kVt·st, digər mənbələr üzrə isə 724,8 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 30,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 511,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 64,5 mln. kVt·st artımla 3 139,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
9 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 19 520,7 mln. kVt·st (İES-lərdə 17 070,6 mln. kVt·st, SES-lərdə 2 401,1 mln. kVt·st, GES-lərdə 49,0 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 256,5 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 145,4 mln. kVt·st, ixracı isə 989,6 mln. kVt·st olub.
Fuad Mədətov
Finss.az

