BİZNES

20 Oktyabr

Apple 2027-ci ilin əvvəlinə toxunma ekranlı MacBook Pro-nu buraxmağı planlaşdırır.

Finss.az xəbər verir ki, Apple Inc 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində sensor ekranlı ilk MacBook Pro-ları buraxmağa hazırlaşır.

14 və 16 düymlük OLED ekranlı yeni noutbuklar indiki modellərdən daha nazik və yüngül olacaq. Onlar həmçinin M6 çiplərinə sahib olacaqlar.