BİZNES

23 Oktyabr

Dövlət Neft Fondu 2025-ci ilin investisiya portfelini açıqlayıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ilin yanvar–sentyabr ayları üzrə investisiya fəaliyyətinin yekunları açıqlanıb.

ARDNF-dən Finss.az-a verilən məlumata görə, sentyabrın 30-u vəziyyətinə fondun aktivləri 70,16 milyard ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlindən 10,13 milyard dollar artım deməkdir. Aylara görə aktivlərin dəyişməsi belə olub:

  • Yanvar – 61,7 mlrd.
  • Fevral – 62,3 mlrd.
  • Mart – 62,7 mlrd.
  • Aprel – 65,4 mlrd.
  • May – 65,7 mlrd.
  • İyun – 66,5 mlrd.
  • İyul – 66,2 mlrd.
  • Avqust – 67,2 mlrd.
  • Sentyabr – 70,2 mlrd. USD.

Fondun investisiya portfeli 67,8% istiqrazlar və pul bazarı alətləri, 25,8% səhmlər, 32,8% qızıl, 6,7% daşınmaz əmlak və infrastruktur payına malikdir. Qızıl investisiyaları fondun ABŞ dolları portfelinin 32,8%-ni təşkil edir.

Valyuta bölgüsü üzrə fondun aktivləri belə paylanıb:

  • ABŞ dolları – 47,59 mlrd.
  • Avro – 11,99 mlrd.
  • İngilis funt sterlinqi – 2,55 mlrd.
  • Çin yuanı – 11,38 mlrd.
  • Yapon yeni – 140,35 mln.
  • Digər valyutalar – 2,53 mlrd. USD.

İstiqraz və pul bazarı alətlərinin kredit reytinqləri üzrə bölgüsü belədir: AAA – 24,9%, AA – 36,7%, A – 24,1%, BBB – 13,6%, qeyri-investa dərəcəli – 0,7%. Yerləşdirilmə müddətinə görə portfelin 0–1 il üçün 14,4%, 1–3 il üçün 27,7%, 3–5 il üçün 30,5%, 5 ildən artıq dövrlər üçün isə 27,4% təşkil edir.

Coğrafi regionlar üzrə investisiyalarda paylar belədir: Avropa – 29,1%, Latın Amerika – 24,8%, Şimali Amerika – 8,5%, Asiya – 1%, Afrika – 0,02%, Yaxın Şərq – 0,1%, Avstraliya və Yeni Zelandiya – 1,4%. Fondun investisiyaları 2,3% payla beynəlxalq maliyyə təşkilatlarına yönəldilib.

ARDNF-nin bu göstəriciləri 2025-ci ilin ilk 9 ayında aktivlərin dayanıqlı artımını və diversifikasiyasını əks etdirir.

Fuad Mədətov
Finss.az