2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 345,733 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan 21,432 milyon ABŞ dolları gəlir əldə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 5,282 milyon dollar və ya 19,8%, həcm isə 74,452 milyon kVt/saat və ya 17,7% azalıb.
Hesabat dövründə Türkiyədən Azərbaycana elektrik enerjisi idxalı qeydə alınmayıb.
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Rusiya, Gürcüstan, İran və Türkiyəyə ümumilikdə 52,7 milyon dollar dəyərində və 919,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4,8 milyon dollar və ya 8,3%, həcm baxımından isə 98,8 milyon kVt/saat və ya 10% azalma deməkdir.
Eyni zamanda, hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 4,9 milyon dollar dəyərində və 115,6 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyəri 26 min dollar və ya 0,5%, həcm isə 7,6 milyon kVt/saat və ya 6,2% azalıb.
Fuad Mədətov
Finss.az