Finss.az xəbər verir ki, Vaşinqtonun Rusiyanın neft şirkətləri "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbiq etməsi fonunda neftin qiyməti cümə axşamı günü 5%-i ötüb.
Londonun ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin bir barreli, Moskva vaxtı ilə saat 13:05-ə olan məlumata görə, əvvəlki bağlanışdan 3,38 dollar (5,4%) artaraq 65,97 dollar/barel olub.
Nyu-York əmtəə birjasında (NYMEX) dekabr ayı üçün WTI markalı neftin elektron ticarəti hər barelə görə 3,29 dollar (5,62%) artaraq 61,79 dollar olub.