BİZNES

24 Oktyabr

Azərbaycandan neft koksu və neft bitumu ixracı artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan 44,7 milyon ABŞ dolları dəyərində 148,1 min ton neft koksu ixrac olunub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft koksunun ixracından əldə olunan gəlir 31,3 milyon dollar və ya 3,3 dəfə artıb, həcm baxımından isə 10,8 min ton və ya 6,8% azalıb.

Hesabat dövründə neft koksu Azərbaycanın ümumi ixracında 0,24% paya sahib olub.

Eyni dövrdə Azərbaycandan 1,1 milyon ABŞ dolları dəyərində 4,3 min ton neft bitumu ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 933 min dollar və ya 5,8 dəfə, həcm baxımından isə 3,2 min ton və ya 4,1 dəfə artım deməkdir.

Neft bitumunun ixracı hesabat dövründə ölkənin ümumi ixracında 0,01% paya malik olub.

Fuad Mədətov
Finss.az