BİZNES

27 Oktyabr

Azərbaycandan qara metalların ixracı artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan 68,584 milyon ABŞ dolları dəyərində 65,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 724 min dollar və ya 1,1% artım, həcm baxımından isə 7,7 min ton və ya 10,6% azalma deməkdir.

Hesabat dövründə ixrac olunan qara metalların və onlardan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,37%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 2,59% təşkil edib.

Eyni zamanda, 2025-ci ilin ilk doqquz ayında Azərbaycana 815,262 milyon ABŞ dolları dəyərində 692,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal olunub. Sözügedən məhsulların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 58,3 milyon dollar və ya 6,7%, həcm baxımından isə 69,9 min ton və ya 9,2% azalma göstərib.

Məlumatlar göstərir ki, Azərbaycanda qara metalların ixracı yavaş artmaqda, idxalı isə azalma tendensiyası nümayiş etdirir ki, bu da daxili istehsal və ticarət balansına təsir göstərir.

Fuad Mədətov
Finss.az