BİZNES

27 Oktyabr

Azərbaycandan 3 ölkəyə 4,1 milyon dollar dəyərində “Aİ-92” benzin ixrac edilib

2025-ci ilin yanvar–avqust aylarında Azərbaycandan 3 ölkəyə “Aİ-92” markalı benzin ixrac edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ilin yanvar–avqust aylarında Azərbaycandan Əfqanıstan, Gürcüstan və Türkiyəyə ümumilikdə 6,4 min ton həcmində, 4,085 milyon ABŞ dolları dəyərində “Aİ-92” markalı mühərrik benzini ixrac olunub.

Ötən ilin eyni dövründə Azərbaycandan bu markalı benzinin ixracı qeydə alınmayıb.

Statistik məlumatlara görə, hesabat dövründə ölkələr üzrə ixrac göstəriciləri belə olub:

Ölkə Miqdar (ton) Məbləğ (min ABŞ dolları)
Əfqanıstan 2 297,68 1 631,35
Gürcüstan 1 093,57 803,77
Türkiyə 3 065,74 1 650,06

Eyni zamanda, 2025-ci ilin ilk səkkiz ayında Azərbaycana 3 ölkədən — Belarus, Rusiya və Rumıniyadan — ümumilikdə 83 min ton həcmində, 64,396 milyon ABŞ dolları dəyərində “Aİ-92” markalı benzin idxal edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1,8 dəfə, dəyər baxımından isə 1,7 dəfə artım deməkdir.

Ölkə Miqdar (ton) Məbləğ (min ABŞ dolları)
Belarus 14 496,86 12 610,53
Rusiya 64 834,47 48 806,75
Rumıniya 3 670,04 2 978,60

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar–avqust aylarında Azərbaycanda 946,4 min ton avtomobil benzini istehsal olunub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 min ton və ya 2,8% az olub.

Sentyabrın 1-nə olan məlumata görə, ölkədə hazır benzin ehtiyatı 53,2 min ton təşkil edib.

Ümumilikdə, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində ümumi istehsal dəyəri 3,562 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% azdır.

Fuad Mədətov
Finss.az