2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda 1,081 milyon ton avtomobil benzini istehsal olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,8 min ton və ya 1% çoxdur. Ötən ilin ilk doqquz ayında ölkədə 1,070 milyon ton avtomobil benzini istehsal edilmişdi.
Cari ilin oktyabrın 1-nə olan vəziyyətə əsasən, ölkədə hazır məhsul ehtiyatı 62,2 min ton təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar–sentyabr aylarında neft məhsullarının istehsalı sahəsində ümumi istehsal dəyəri 4,047 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artım deməkdir.
Fuad Mədətov
Finss.az
