2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan Xorvatiyaya 537,8 milyon dollar dəyərində 998,6 min ton həcmində bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə Xorvatiyaya ixracın dəyəri 14%, həcmi isə 0,6% azalıb. Ötən ilin ilk doqquz ayında Xorvatiyaya ixrac edilən neft və neft məhsullarının dəyəri 627 milyon dollar, həcmi isə 1,005 milyon ton təşkil etmişdi.
Cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 8,939 milyard dollar dəyərində, 16,996 milyon ton həcmində bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 18,8%, həcm baxımından isə 3,5% azalıb.
Fuad Mədətov
Finss.az
