Finss.az xəbər verir ki, ABŞ-Çin ticarət sövdələşməsi ilə bağlı nikbinlik fonunda qızılın qiymətləri bazar ertəsi günü digər təhlükəsiz aktivlərlə birlikdə düşür.
Komex birjasında dekabr ayı üçün qızıl fyuçersləri Moskva vaxtı ilə saat 14:40-a qədər 2,5% azalaraq unsiyası üçün 4033 dollara düşüb. Qızılın qiymətləri ötən həftə düşdü və avqust ayından bəri ilk dəfə həftəni qırmızı rəngdə başa vurdu.
