BİZNES

29 Oktyabr

Skyworks və Qorvo 22 milyard dollarlıq şirkətə birləşəcəklər

Finss.az xəbər verir ki, ABŞ-da yerləşən smartfon komponentləri istehsalçısı Skyworks Solutions və yarımkeçirici istehsalçısı Qorvo Inc. şirkətləri birləşmə elan ediblər.

Elanda bildirilir ki, Qorvo səhmdarları 32,50 dollar nağd pul və hər səhm üçün 0,96 Skyworks səhmi alacaqlar.

Skyworks səhmdarları birləşmiş şirkətin 63%-nə, Qorvo səhmdarları isə 37%-ə sahib olacaqlar.

Birləşmiş biznesin müəssisə dəyəri (EV) borc da daxil olmaqla təxminən 22 milyard dollar olacaq.