2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsi 658,6 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 183,4 milyon dollar və ya 38,6% artıb.
- Azərbaycanın Yunanıstana ixracı: 630,1 milyon dollar (+46,7%)
- Bunun içində 500,7 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları idxalı: 268,5 milyon dollar (+85,4%)
- Yunanıstandan Azərbaycana idxal: 28,5 milyon dollar (-37,7%)
Cari ilin 9 ayında Azərbaycan xarici ticarətdə 35,375 milyard dollar həcmində əməliyyat aparıb. Bunun 18,606 milyardı ixrac, 16,769 milyardı idxal təşkil edib. Nəticədə ticarət balansında 1,837 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə azalmaqda davam edir.
Fuad Mədətov
Finss.az
