Finss.az xəbər verir ki, Çin hökuməti oktyabr ayının əvvəlində tətbiq edilən nadir torpaq metalları ilə bağlı ixrac nəzarəti tədbirlərini dayandırmaq qərarına gəlib.
9 oktyabrda elan edilən tədbirlər bir il müddətinə dayandırılıb. Pekin bu qərarı Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında danışıqlardan qısa müddət sonra elan edib.
Görüşdən sonra Tramp jurnalistlərə bildirib ki, Çindən nadir torpaq metallarının tədarükü ilə bağlı problem həll olunub.
