BİZNES

03 Noyabr

Azərbaycanın elektrik enerjisi ixracı 53,8 milyon dollar təşkil edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 53,8 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac olunub.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında yer alan məlumata əsasən xəbər verir ki, hesabat dövründə elektrik enerjisi ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 milyon ABŞ dolları və ya 27,8% az olub.

Müqayisə üçün, 2024-cü ilin ilk doqquz ayında ölkədən 74,5 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilmişdi.

Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dollarına yüksəlib.

Fuad Mədətov
Finss.az