BİZNES

07 Noyabr

Azərbaycandan Özbəkistana qeyri-neft məhsullarının ixracı artıb

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Özbəkistana 52,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 milyon dollar və ya təxminən 2 dəfə çoxdur. 2024-cü ilin yanvar-sentyabr aylarında ixrac 27,9 milyon ABŞ dolları təşkil etmişdi.

Qeyri-neft məhsullarının ixracında əsas üstünlük verilən ölkələr bunlardır:

  • Rusiya — 33,2%
  • Türkiyə — 16,5%
  • İsveçrə — 9,4%
  • Gürcüstan — 9,2%
  • Ukrayna — 5,6%
  • BƏƏ — 3%
  • Qazaxıstan — 2,7%
  • Belarus — 2,1%
  • Özbəkistan — 2%
  • Türkmənistan — 1,9%
  • Digər ölkələr — 14,6%

Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracı 2,649 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 184 milyon dollar və ya 7,5% artım deməkdir.

Fuad Mədətov
Finss.az