BİZNES

07 Noyabr

Bu ilin ilk 3 rübündə AÇG-də altı yeni hasilat quyusu açılıb

2025-ci ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda orta gündəlik neft hasilatı 327 000 barrel təşkil edib.

Finss.az-ın BP-nin məlumatına əsaəsn xəbəre verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə gündəlik 3,5% azalma deməkdir (2024-cü ildə 339 000 barrel).

Ümumi hasilat təqribən 89 milyon barel (12 milyon ton) təşkil edib.

Platformalar üzrə gündəlik hasilat:

  • Çıraq: 21 000 barrel
  • Mərkəzi Azəri: 88 000 barrel
  • Qərbi Azəri: 75 000 barrel
  • Şərqi Azəri: 43 000 barrel
  • Dərin Sulu Günəşli: 52 000 barrel
  • Qərbi Çıraq: 24 000 barrel
  • ACE (Mərkəzi Şərqi Azəri): 24 000 barrel

Quyular və infrastruktur

  • 2025-ci ilin sentyabr ayının sonuna 145 hasilat quyusu, 48 suvurucu və 10 qazvurucu quyu fəaliyyət göstərib.
  • Hesabat dövründə 6 hasilat quyusu, 4 suvurucu və 1 qazvurucu quyu qazılaraq istismara verilib.

Bu göstəricilər AÇG yataqlar blokunda hasilatın nisbətən stabil qaldığını, lakin illik müqayisədə kiçik azalma qeydə alındığını göstərir.

Fuad Mədətov
Finss.az