2025-ci ilin ilk üç rübü ərzində Səngəçal terminalı vasitəsilə təxminən 159 milyon barel neft və kondensat ixrac edilib. Bu həcmlərin əsas hissəsi Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə nəql olunub.
Finss.az bp şirkətinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 166 milyon barel təşkil etmişdi. Beləliklə, illik ifadədə 4,2 faiz azalma qeydə alınıb.
Üçüncü rübdə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil olunan neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli davam edib.
Hazırda terminalın texniki emal gücü:
- Neft və kondensat üzrə: gündəlik 1,2 milyon barel,
- Şahdəniz qazı üçün: gündəlik təqribən 81 milyon standart kubmetr,
- Ümumi qaz emalı və ixrac gücü (AÇG səmt qazı daxil olmaqla): gündəlik təxminən 100 milyon standart kubmetr təşkil edir.
Fuad Mədətov
Finss.az
