2025-ci ilin ilk üç rübündə “BTC Ko.” şirkəti “Bakı-Tbilisi-Ceyhan” (BTC) neft boru kəməri üzrə əməliyyat xərclərinə təxminən 97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon dollar vəsait xərcləyib.
Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövründə əməliyyat xərcləri 104 milyon dollar, əsaslı xərclər isə 28 milyon dollar təşkil etmişdi. Beləliklə, illik ifadədə əməliyyat xərcləri 6,7% azalıb, əsaslı xərclər isə 1,8% artıb.
1768 km uzunluğunda BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. 2025-ci ilin sentyabr ayının sonuna qədər bu kəmər vasitəsilə təqribən 613 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql olunub və Ceyhanda 6078 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
“BTC Ko.” şirkətinin səhmdarları belədir: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).
Fuad Mədətov
Finss.az
