2025-ci ilin ilk doqquz ayında Cənubi Qafqaz boru kəməri (CQBK) vasitəsilə gündəlik orta qaz ixracı 63,1 milyon kubmetr təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artım deməkdir.
Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, ilin ilk üç rübündə SCPC (boru kəmərinin operatoru) əməliyyat xərclərinə təqribən 52 milyon dollar, əsaslı xərclərə isə 21 milyon dollar sərf edib. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat xərcləri 13,3 faiz azalıb, əsaslı xərclər isə 61,5 faiz artıb.
CQBK boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. CQBKG sistemi isə kommersiya qazının Türkiyəyə ötürülməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) səhmdarları:
- bp – 29,99%
- Cənub Qaz Dəhlizi – 21,02%
- LUKOYL – 19,99%
- TPAO – 19,00%
- NİKO – 10,00%
Fuad Mədətov
Finss.az
