BİZNES

12 Noyabr

KKR-nin mənfəət artımı

Finss.az xəbər verir ki, Amerika investisiya şirkəti KKR Co. 2025-ci ilin üçüncü rübündə xalis mənfəətini 43% artıraraq 859,9 milyon dollara çatdırıb. Şirkətin artımı əsasən sığorta biznesindəki güclü performans ilə izah olunur.

Maliyyə hesabatına əsasən, iyul–sentyabr ayları ərzində KKR-nin xalis mənfəəti səhm başına 90 sent təşkil edib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 600,6 milyon dollar və ya səhm başına 64 sent idi.

Analitiklər qeyd edirlər ki, şirkətin mənfəət artımına alternativ investisiya portfellərinin genişlənməsi, sığorta gəlirlərinin yüksəlməsibazarın sabitləşməsi kimi amillər dəstək olub.

KKR Co. ABŞ və beynəlxalq bazarlarda private equity, infrastrukturkredit yatırımları sahələrində fəaliyyətini genişləndirməkdə davam edir.