BİZNES

13 Noyabr

ABŞ səhm bazarında yeni rekord gözlənilir

Finss.az xəbər verir ki, UBS Qrupu strateqlərinin fikrincə, Standard Poor's 500 ABŞ səhm indeksi 2026-cı ilin sonuna qədər 11%-dən çox artaraq rekord həddə - 7500 bala çatacaq. Bloomberg xəbər verir.

UBS-in məlumatına görə, texnologiya şirkətləri gələn il ABŞ-ın korporativ mənfəət artımının əsas hərəkətverici qüvvəsi olacaq.

Morgan Stanley analitiki Michael Wilson, ABŞ şirkətləri arasında mənfəətin bərpası və qiymət gücünün yaxşılaşmasının "açıq əlamətlərini" görür. O, həmçinin analitiklərin mənfəət proqnozlarını yüksəltməsi və aşağı salması arasında fərq olduğunu qeyd edir.

Citigroup-a görə, oktyabrın ortalarından bəri daha çox analitik qiymətləndirmələrini aşağı salmaqdansa, yüksəldib.

"Bazar son zamanlar Federal Ehtiyatın proqnozu və bağlanması ilə bağlı mənfiliklərlə üzləşib, lakin bunlar mənfəət artımı ilə idarə olunan güclü 2026-cı il qarşısında müvəqqəti çətinliklərdir", - Wilson deyib.

Oppenheimer Asset Management strateqi Con Stoltzfusa görə, çip istehsalçıları və süni intellekt perspektivləri barədə pessimist olmaq üçün də hələ tezdir.

Onun fikrincə, səhm qiymətlərinin hazırkı enişi ciddi bir enişdən daha çox mövqelərdə kiçik bir azalmaya bənzəyir.

İlin əvvəlindən bəri SP 500 14,4% qazanc əldə edib.