15 noyabr 2025-ci il tarixində “Admedia” və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə Gülüstan Sarayında ölkəmizdə ikinci dəfə Təchizat Zənciri Liderləri Zirvəsi baş tutacaq. Tədbir Azərbaycanın strateji təchizat sektorunda yeni mərhələnin başlanğıcı olacaq.
Zirvə dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və aparıcı şirkətləri bir araya gətirərək sahə üzrə aktual tendensiyalar, rəqəmsal transformasiya və idarəetmədə dayanıqlılıq mövzularında fikir mübadiləsi platforması yaradacaq.
Tədbir “Qardaşlar Mebel”in baş sponsorluğu, “Insure.az”, “Karabakh Group”, “UPS Construction” və “Başkent” şirkətlərinin sponsorluğu ilə keçirilir.
Tədbirin məqsədi təchizat zəncirinin idarə edilməsində peşəkarlığın artırılması, innovativ yanaşmaların təşviqi və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsidir. Zirvə çərçivəsində üç əsas panel müzakirəsi keçiriləcək:
I Panel: Dövlət Satınalmalarında Peşəkarlıq — dövlət satınalmalarında şəffaflıq, effektivlik və peşəkar kadr potensialının artırılması istiqamətində müzakirələr aparılacaq.
II Panel: Təchizat Zəncirinin Rəqəmsal Transformasiyası — süni intellekt, avtomatlaşdırma və rəqəmsal inteqrasiyanın təchizat proseslərinə təsiri nəzərdən keçiriləcək.
III Panel: Təchizat Zəncirində Risklərin İdarə Edilməsi — davamlı təchizat modelləri, böhran dövrlərində idarəetmə strategiyaları və risklərin minimallaşdırılması mövzuları müzakirə olunacaq.
II Təchizat Zənciri Liderləri Zirvəsi ölkəmizdə təchizat və logistika sektorunun inkişafına töhfə verməklə yanaşı, beynəlxalq təcrübənin paylaşılması, yeni tərəfdaşlıqların qurulması və innovativ yanaşmaların təşviqi üçün mühüm platforma rolunu oynayacaq.
Tədbirdə iştirak edərək təchizat və logistika sahəsində ən son trendlərlə tanış olmaq, yerli və beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi aparmaq və yeni biznes əlaqələri qurmaq mümkün olacaq.
Qeyd edək ki, keçən il baş tutan ilk Zirvə sektorda böyük maraq doğurmuş, bir çox yeni əməkdaşlıq və layihələrin əsasını qoymuşdu. Həmçinin, keçirilən sessiyalar sektorun problemlərinin və perspektivlərinin dərin təhlilinə, gələcək əməkdaşlıqlar üçün real addımların atılmasına imkan yaratmışdı.
II Təchizat Zənciri Liderləri Zirvəsi haqqında ətraflı məlumat və bilet əldə etmək üçün tədbirin rəsmi saytına və sosial media hesablarına müraciət edə bilərsiniz.
- Instagram: //www.instagram.com/sclforum/
- Linkedln: //www.linkedin.com/company/t%C9%99chizat-z%C9%99nciri-liderl%C9%99ri-forumu/?viewAsMember=true
- Facebook: //www.facebook.com/profile.php?id=61556576487637

