BİZNES

13 Noyabr

“Neft Daşları” yatağından bu ilin noyabrına qədər 181,8 milyon ton neft hasil edilib

"Neft Daşları" yatağından işlənilməsinə başlanılandan bu ilin noyabrın 1-dək 181,8 milyon ton neft hasil edilib.

Bu barədə Finss.az SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə yataqdan 14,2 milyard kubmetr qaz hasil edilib.

Qeyd edək ki, “Neft Daşları” - dənizdə salınan ilk neft şəhəri və açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın başlandığı məkandır. 7 noyabr 1949-cu ildə burada hasil olunan ilk neft Azərbaycan və dünya enerji tarixində yeni bir mərhələnin əsasını qoydu. Həmin gündən etibarən “Neft Daşları” ölkəmizin neft-qaz sənayesinin inkişafında mühüm rol oynayır.

Fuad Mədətov
Finss.az