Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 5,145 milyon ABŞ dolları dəyərində keramika məmulatları ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,569 milyon ABŞ dolları və ya 3,3 dəfə artım deməkdir.
Eyni dövrdə Azərbaycana 80,222 milyon ABŞ dolları dəyərində keramika məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 milyon ABŞ dolları və ya 10,3% azalma göstərir.
Qeyd olunur ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft məhsulları ixracı 2,6 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 184,1 milyon ABŞ dolları və ya 7,5% artım deməkdir.
Fuad Mədətov
Finss.az
