2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan İran İslam Respublikasına təqribən 23,9 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir təqribən 680 min ABŞ dolları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə, İrana elektrik enerjisi ixracı:
- həcm baxımından 3,6 milyon kVt/saat və ya 13% azalıb,
- dəyər ifadəsində isə 101 min ABŞ dolları və ya 12,9% azalıb.
Eyni dövrdə İrandan Azərbaycana 21,8 milyon kVt/saat elektrik enerjisi gətirilib, bunun dəyəri 619 min ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər, həm də həcm ifadəsində 17,3% azalıb.
Bildirilib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə 53,8 milyon ABŞ dolları dəyərində, 940,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin, eyni dövrdə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 5,9 milyon ABŞ dolları dəyərində, 134,5 milyon kVt/saat elektrik enerjisi idxal edilib.
Fuad Mədətov
Finss.az
