Cəmiyyət

24 Oktyabr

Azərbaycanda hansı bölgələrdə daha çox zəlzələlər baş verib? - Siyahı

Bu ilin əvvəlindən 22 oktyabr tarixinədək Azərbaycanda maqnitudası 3 və daha yüksək olan 45 zəlzələ qeydə alınıb.
Finss.az-ın Respublika Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, bu təkanlardan 38-nin maqnitudası 3, dördünün 4-dən yuxarı, üçünün isə 5-dən yuxarı olub.
Zəlzələlər müxtəlif yerlərdə baş verib, o cümlədən Xəzər dənizi, Şamaxı, eləcə də Saatlı və Sabirabad sərhədlərində.
Zəlzələ qeydə alınan digər bölgələr isə Ağdaş, Goranboy, İmişli, Lənkəran, Tovuz, Hacıqabul, Lerik, Quba, Göygöl, Biləsuvar, Cəlilabad və Kəlbəcərdir.