Bakının Yasamal rayonunda Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən memarlıq abidəsi olan binanın eyvanı uçub və bu, sakinlər üçün təhlükə yaradıb.
Finss.az-ın verdiyi məlumata görə, sakinlərin sözlərinə əsasən, qəzalı vəziyyətdə olan binanın eyvanı hava şəraiti səbəbindən uçub. Qeyd olunur ki, binadakı digər eyvanlar da uçmaq təhlükəsi ilə üzləşib.
Bildirilir ki, binanın digər eyvanlarının da uçma riski var.