Cəmiyyət

02 May

Azərbaycanın sənaye zonaları 16,2 milyard manatlıq məhsul satıb

Finss.az - Azərbaycanın sənaye parkları və məhəllələri ölkə iqtisadiyyatının mühüm lokomotivlərinə çevrilib.

Ötən dövr ərzində bu zonalar 16,2 milyard manatlıq məhsul satışı həyata keçirib, bunun 5,2 milyard manatlıq hissəsi isə ixrac edilib. Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Bu ərazilərə 170 sahibkarlıq subyektinə rezident statusu verilmiş və 10 mindən çox daimi iş yeri yaradılıb.

İnvestisiyaların artması ilə yanaşı, yerli istehsalın payı da əhəmiyyətli dərəcədə yüksəlib. Ölkədəki sənaye zonalarına edilən ümumi investisiya həcmi 8,1 milyard manatdır. Son illər ərzində Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı və digər mühüm sənaye obyektləri açılıb.

Özəlliklə, işğaldan azad edilən ərazilərdə də sənaye parklarının yaradılması, Ağdam və Şərqi Zəngəzur iqtisadi rayonlarında logistika və istehsal sahələrinin inkişafı davam edir. Bu layihələr həm də əhalinin məşğulluğunu təmin edəcək və ölkənin iqtisadiyyatına əlavə dəyər qatacaq.

Sumqayıt Kimya Sənaye Parkında isə 39 sahibkarlıq subyektinə rezident statusu verilmiş və 14 milyard manatlıq məhsul satışı həyata keçirilib. Burada istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.