Cəmiyyət

07 May

Qiymətləndirmə üzrə mütəxəssis - VAKANSİYA

Finss.az - AFB Bank, qiymətləndirmə sahəsində təcrübəli və peşəkar mütəxəssis axtarır.

Namizədə dair tələblər:

  • Ali təhsil;

  • Bank sektorunda müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

  • Daşınmaz və ya daşınar əmlaklar üzrə qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə etmiş şəxs arzuolunandır;

  • MS Office proqramları üzrə biliklər.

İşin təsviri:

  • Daşınmaz əmlak, avtonəqliyyat vasitələri, avadanlıq və digər girovların real bazar dəyərinin müəyyənləşdirilməsi;

  • Kredit təminatı üçün təqdim olunan əmlakların qiymətləndirilməsi;

  • Əmlak obyektlərinə baxış keçirərək faktiki vəziyyətin qiymətləndirilməsi və sənədlərlə uyğunluğunun yoxlanılması, otoşəkillərin və digər vizual materialların toplanması;

  • Kredit üzrə risklərin minimuma endirilməsi üçün qiymətləndirmə tövsiyələri;

  • Qiymətləndirmə zamanı müvafiq metodlardan istifadə (gəlir yanaşması, bazar yanaşması, maya dəyəri yanaşması, müqayisəli yanaşma və s.);

  • Dəqiq və şəffaf hesabatların yazılması;

  • Müvafiq normativ-hüquqi aktlara və qiymətləndirmə fəaliyyəti haqqında qanuna uyğun sənədlərin tərtib olunması;

  • Əmlak bazarının monitorinqi, müqayisə edilə bilən obyektlərin təhlili;

  • Qiymət trendlərinin izlənməsi və analizi;

  • Girovda olan təminatların təkrar qiymətləndirilməsi və portfelə nəzarət olunması;

  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

  • Analitik düşünmə qabiliyyəti və detallara qarşı diqqətli olma bacarığı;

  • Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması;

  • Qiymətləndirmə sahəsində minimum 3 illik təcrübə;

  • Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;

  • Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar barədə biliklər.

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

  • Ünvan: Bakı şəhəri.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qiymətləndirmə üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.