Cəmiyyət

23 İyun

“PAŞA Kapital İnvestisiya Şirkəti”də yeni təyinat

Finss.az - Zaur Umbayev “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsinə təyin edilib.

Zaur Umbayev ali təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Kompüter riyaziyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub. Hazırda isə o, Böyük Britaniyanın York Universitetində “Executive MBA” proqramı üzrə təhsilini davam etdirir.

Peşəkar fəaliyyətinə 2009-cu ildə proqramçı kimi başlayan Umbayev “Smart Systems Technology” MMC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “PAŞA Sığorta” ASC və “Azericard” MMC-də baş proqramçı kimi çalışıb. Daha sonra Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Beynəlxalq Bankında müxtəlif rəhbər vəzifələrdə təcrübə qazanıb.

“PAŞA Kapital” tərəfindən həyata keçirilən bu təyinat, şirkətin informasiya texnologiyaları sahəsində strateji inkişafını dəstəkləmək və innovativ yanaşmaların tətbiqini genişləndirmək məqsədi daşıyır.