Cəmiyyət

25 İyun

Vərəsəliklə bağlı yeni qaydalar müəyyənləşir

Finss.az - Milli Məclisin dünən ki, iclasında vərəsəliklə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.

Yeni qaydalar mirasın ədalətli və şəffaf şəkildə bölüşdürülməsini təmin etmək məqsədini daşıyır.

Vəkillər Kollegiyasının üzvü Kamandar Hüseynov bildirib ki, təklif olunan dəyişikliklər miras üzrə bütün vərəsələrin hüquqlarının qorunması baxımından önəmli əhəmiyyətə malikdir. Yeni qaydalara əsasən, vərəsələr və onların payları barədə məlumat müvafiq dövlət orqanının xüsusi reyestrində qeydiyyata alınacaq.

Hüseynov əlavə edib ki, qanun layihəsində miras əldə etmədən əvvəl dünyasını dəyişmiş şəxslər də nəzərə alınıb. Bu, vərəsəlik məsələlərinin daha dəqiq və müasir tələblərə uyğun tənzimlənməsinə imkan yaradacaq.

Qanunvericilikdə gözlənilən bu yeniliklər vətəndaşların hüquqlarının müdafiəsini gücləndirəcək, mirasın bölüşdürülməsi prosesini daha şəffaf və ədalətli edəcək.