Cəmiyyət

30 İyun

“Kontakt Home”da yeni təyinat

Finss.az - Azərbaycanda məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “Kontakt Home” mağazalar şəbəkəsinə (hüquqi adı “ABC Telecom” MMC) İnsan Resursları Departamentinə yeni direktor təyin edilib. Banker.az xəbər verir ki, Ələkbər Ələkbərov “Kontakt Home”un İnsan Resursları Departamentinə direktor təyin edilib.

Ələkbər Ələkbərov 2021-ci ilin may ayından 2025-ci ilin may ayına kimi “Kapital Bank”da Əmək münasibətləri və insan resurslarının əməliyyatlarına rəhbər kimi çalışıb.