Cəmiyyət

01 İyul

“Baku Electronics”də yeni təyinat

Finss.az - “NAB Holding”in mağazalar şəbəkəsi “Baku Electronics” MMC-yə yeni Marketinq direktoru təyin edilib.

Banker.az-ın məlumatına görə, Aslan Həsənli “Baku Electronics” MMC-nin Marketinq direktoru vəzifəsinə təyin edilib.

O, 2024-cü ilin may ayından bu təyinata qədər “Wemark Global Marketech” şirkətində Strategiya və layihələrin idarəedilməsi departamentinin direktoru olub. 2017-2018-ci illərdə “Azər Türk Bank”da Strateji planlaşdırma və marketinq departamentinin aparıcı mütəxəssisi vəzifəsində də çalışıb.

Aslan Həsənli Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər (türk proqramı) ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.