Cəmiyyət

04 İyul

Oljas Bektenov Füzuli Beynəlxalq Hava Limanında qarşılandı

Finss.az - Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib.

Füzuli Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Oljas Bektenov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.

ECO Zirvə görüşü region ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və investisiya imkanlarının artırılması baxımından önəmli platformadır. Qazaxıstanın iştirakı bu əməkdaşlığın inkişafına əlavə təkan verəcək.