Bu il Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının qeydiyyat şöbələri ilə yanaşı, Şuşa regional “ASAN xidmət” mərkəzində ümumilikdə 588 doğum faktı qeydə alınıb.
Finss.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, eyni dövrdə bu qeydiyyat şöbələri üzrə 534 ölüm halı da sənədləşdirilib.
Qeyd edək ki, ötən il doğum səviyyəsi hər 1000 nəfərə görə Dağlıq Şirvan regionunda 12,7, Lənkəran-Astara regionunda 12,0, Qarabağ və Şərqi Zəngəzur regionunda 11,9, Quba-Xaçmaz regionunda 11,8, Mil-Muğan regionunda 11,5, Mərkəzi Aran və Şirvan-Salyan regionunda 11,2, Qazax-Tovuz regionunda isə 11,1 olub.