Cəmiyyət

18 İyul

Bakıda bu ərazilərdə yenidənqurma işləri aparılacaq

Finss.az - Paytaxtın “Papanin”, “Kubinka” və digər ərazilərində genişmiqyaslı yenidənqurma işləri həyata keçiriləcək.

Bu barədə Memar Cahid Həsənov Metbuat.az-a açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, söküntü əsasən istismar müddəti başa çatmış, xüsusilə Sovetlər Birliyi dövründə inşa edilən, o cümlədən “xruşşovka” tipli yaşayış binalarını əhatə edəcək. “Bu məqsədlə xüsusi komissiya yaradılıb ki, bu da sevindirici haldır. Hətta şəhərin estetik görünüşünə uyğun olmayan inzibati və yaşayış binalarının fasadlarının dəyişdirilməsi də planlaşdırılır”, – deyə memar əlavə edib.

Cahid Həsənovun sözlərinə görə, söküləcək ərazilərdə yeni yaşıllıq zonalarının salınması da nəzərdə tutulur ki, bu da şəhərin memarlıq və şəhərsalma tərtibatının daha da yaxşılaşdırılmasına xidmət edəcək.

Yenidənqurma işləri paytaxtın müxtəlif hissələrində davam etdirilərək, Bakı sakinlərinin yaşayış şəraitinin yüksəldilməsi və şəhərin görünüşünün müasirləşdirilməsi məqsədi daşıyır.