İşğaldan azad edilən ərazilərin Azərbaycan enerji sisteminə qoşulması və ən qısa vaxtda enerji ilə təchiz edilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bütün azad edilən rayonlarda olduğu kimi Füzuli rayonunda da böyük işlər görülüb.
"AzərEnerji" ASC-dən Finss.az-a verilən məlumata görə, “AzərEnerji” tərəfindən Füzulidəki “Şükürbəyli” yarımstansiyasına “İmişli” yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq ötürmə xətti çəkilib. Eyni zamanda, “Şükürbəyli” yarımstansiyası genişləndirilərək qovşaq yarımstansiyası olaraq tam yenidən qurulub. Oradan isə Füzuli şəhərinə 110 kilovoltluq ikidövrəli ötürmə xətti çəkilib və bir neçə ayın içərisində Füzuli şəhərində 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib.
2021-ci ilin iyun ayının 14-də Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Füzuli” və “Şükürbəyli” yarımstansiyalarının açılışı olub.
Bu gün şəhər günü qeyd edilən Füzulidə artıq 5 ildir ki, Azərbaycan işığı yanır.
Fuad Mədətov
Finss.az
