DÜNYA

12 Noyabr
114

"Amazon" yeni supermarket şəbəkəsi açacaq

ABŞ-ın onlayn pərakəndə satış şirkəti olan "Amazon" yeni ərzaq supermarketlər şəbəkəsinin açılışını planlaşdırır.

Fins.az-ın məlumatına görə, yeni brend "Amazon"a məxsus "Whole Foods Market"dən ayrı fəaliyyət göstərəcək. Yeni şəbəkədə heç bir kassası olmayan "Amazon Go" mağazalarından fərqli olaraq müntəzəm kassalar olacaq.

Qeyd edək ki, 2020-ci ildə "Amazon"un bir neçə ərzaq marketi fəaliyyətə başlayacağı ehtimal olunur. Bu ilin mart ayında ABŞ-ın bir neçə şəhərində "Amazon"un onlarla ərzaq mağazasının fəaliyyətə başlayacağı bildirildi və ilk belə mağazanın Los-Ancelesdə açılacağı qeyd edilirdi.