DÜNYA

17 Noyabr
233

Tramp seçkiqabağı tibbi müayinədən keçdi - Şayiələrə son

ABŞ prezidenti Donald Tramp seçkiqabağı tibbi müayinədən keçib.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin səhhətində problemlər olduğu üçün müayinə edildiyi deyilsə də, mətbuat katibi Stefani Qrişem məlumatı təkzib edib. Onun sözlərinə görə, Tramp müayinədən seçkilərin keçiriləcəyi 2020-ci ildə əlavə vaxt itirməmək üçün keçib və səhhəti çox yaxşıdır:

“Prezident 2020-ci ildə çox məşğul olacağı üçün həftə sonunu dəyərləndirmək istədi və Uolter Rid adına qospitalda müayinədən keçdi”.