DÜNYA

19 Noyabr
102

Donald Tramp vergi ilə əlaqədar yaşayış yerini dəyişib

ABŞ Prezidenti Donald Tramp vergi məsələləri ilə əlaqədar daimi yaşayış yerini Nyu-Yorkdan Floroda ştatındakı Palm-Biç şəhərinə dəyişib.

D.Tramp sentyabr ayında məhkəməyə bildirmişdi ki, onun daimi yaşayış yerini Florida ştatında yerləşən Mar-a-Laqo kimi göstərmək lazımdır. Bundan əvvəl isə Amerika Prezidentinin daimi yaşayış yeri Nyu-York şəhərindəki Beşinci prospektdə yerləşən "Trump Tower" – "Tramp qülləsi" idi. Həmin binada hazırda "Trump Organization" adlı şirkətlər qrupunun baş ofisi yerləşir, 2016-cı ildə isə ora Trampın seçkiöncəsi qərargahı olmuşdu.