20 Noyabr

Qızıl niyə bahalaşır ?

ABŞ prezidenti Donald Trampın son açıqlamaları qızılı qiymətlərində bahalaşmaya səbəb olub

ABŞ prezidenti Tramp dövlətinin Çin ilə hələ də konkret razılığa gələ bilmədiyini və gələcəkdə Çinlə davam edən ticarət üçün gömrük tariflərini artıra biləcəyi yönündə fikirləri bazarlarda qeyri müəyyənliyə yol açıb. Nəticədə 1 unsiya qızıl 1475 dollara yaxın qiymətdə təklif edilib. Dünyanın güclü iqtisadiyyatına sahib iki dövlət arasında qeyri müəyyənliyin həllini tapmadığı müddətdə qızıl aktivlərinə olan maraq özünü qoruyacaq. Tendensiya davam edərsə önümüzdəki həftələrdə qızıl qiymətləri 1500 dollar səviyyəsinə qədər bahalaşa bilər.