DÜNYA

21 Noyabr
228

 Trampdan Əplə çağırış: Bunu yaradın...

ABŞ prezidenti Donald Tramp Əpl şirkətinin rəhbəri Tim Kuku ölkədə qabaqcıl 5G rabitə şəbəkəsinin qurulmasında iştirak etməyə çağırıb.

Fins.az xəbər verir ki, bu barədə dövlət başçısı Tvitter səhifəsində yazıb:

“Dünən Texas ştatının Ostin şəhərində 1 milyard dollarlıq yeni kampusun tikintisinə dair müzakirə üçün etdiyim səfər zamanı Tim Kukdan ABŞ-da 5G şəbəkəsini qurmaq məsələsinə baxmağı xahiş etdim. Onlarda pul, texnologiyalar, baxışlar, yəni hər şeyi var!", - deyə D.Tramp qeyd edib.