DÜNYA

22 Aprel

Ərdoğanın İraq səfərindən gözləntilər

İraq hökumətinin sözçüsü Bəsim əl-Avvadi prezident Ərdoğanın bu günki İraqa səfərinin iki ölkə arasındakı əlaqələrə təsiri və səfərdən gözləntiləri ilə bağlı açıqlama verib.

Fins.az xəbər verir ki, Türkiyə prezidenti Ərdoğanın İraqa səfəri üçün hazırlıqların təxminən bir il əvvəl başladığını bildirən Əvvadi, "Prezident Ərdoğanın bu səfəri ilə İraq-Türkiyə əlaqələrində əhəmiyyətli və keyfiyyətcə sıçrayış olacaq" dedi.

Əvvadi, Ərdoğanın Bağdad təmasları zamanı müzakirə ediləcək "Su məsələsi, İnkişaf Yolu Layihəsi, terror təşkilatı PKK-nın İraqda olması və türk şirkətlərinin İraqdakı sərmayələri" mövzularında ortaq komissiyaların işlərinin müzakirə ediləcəyini bildirib. 

Günel Məlikzadə
Fins.az