DÜNYA

06 May

Mart ayında Avrozonada işsizlik səviyyəsi 6.5% təşkil edib

Avropa Statistika Agentliyinin (Eurostat) hesabatına əsasən, mart ayında Avrozonada işsizlik səviyyəsi, fevral ayında olduğu kimi, 6.5% təşkil edib.

Fins.az xəbər verir ki, göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Avropa İttifaqında isə işsizlik səviyyəsi 6.1%-dən 6%-ə enib.

Qeyd etmək lazımdır ki, 2023-cü ilin mart ayında Avrozonada işsizlik səviyyəsi 6.6%, Aİ-də isə 6% təşkil etmişdi.

Mütləq ifadə ilə, hesabat dövründə Aİ-də işsizlərin sayı 13.258 milyon nəfər təşkil edib ki, bunun da 11.087 milyonu Avrozona ölkələrinin payına düşür.

Ölkələr üzrə martda ən aşağı işsizlik səviyyəsi Çexiyada (2.9%), Polşada (2.9%) və Sloveniyada (3.1%) qeydə alınıb. Ən yüksək göstəricilər İspaniyada (11.7%), Yunanıstanda (10.2%) və İsveçdə (8.3%) müşahidə olunub.