DÜNYA

10 May

ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı artıb

Həftə ərzində ABŞ-da İşsizlik Müavinəti üçün Müraciət Edənlərin Sayı 231 min təşkil edib ki, bu da öncəki həftənin yenilənmiş nəticəsindən 22 min nəfər çoxdur.

Fins.az xəbər verir ki, analitiklər göstəricinin 209 min səviyyəsindən 212 min səviyyəsinə qədər dəyişəcəyini proqnozlaşdırmışdılar.

Son dörd həftə ərzində müraciətlərin ortalama sayı əvvəlki həftə ilə müqayisədə 4750 vahid azalaraq 215 min müraciətə çatıb.

Aprelin 27-də başa çatan həftə ərzində ABŞ-da işsizlik müavinəti alanların ümumi sayı 1.785 milyon nəfər olub ki, bu da ötən həftənin göstəricisi ilə müqayisədə 17 min çoxdur.

Qeyd etmək lazımdır ki, İşsizlik Müavinəti Üçün Müraciət Edənlərin Sayı göstəricisi (Initial Jobless Claims) ABŞ-ın əmək Departamenti tərəfindən həftəlik olaraq dərc olunur. Göstərici hesabat həftəsi ərzində ilk dəfə müavinət üçün müraciət edənlərin sayını əks etdirir.