2024-cü ilin birinci rübündə Avrozonanın 20 ölkəsinin ümumi ÜDM-i, ikinci aralıq hesablamaya görə, illik ifadədə 0.4%, rüblük ifadədə isə 0.3% artıb.
Fins.az xəbər verir ki, göstəricilər birinci qiymətləndirmə ilə üst-üstə düşdü.
Ötən ilin dördüncü rübündə Avrozonanın ÜDM-i illik ifadədə 0.1% artıb, rüblük ifadədə isə 0.1% azalıb.
Bundan əlavə, ötən rübdə Aİ-nin 27 ölkəsinin ümumi ÜDM-i ikinci hesablamaya görə, illik ifadədə 0.4%, rüblük ifadədə isə 0.3% artıb. Əvvəlki rübdə illik göstərici 0.2% artmışdı, rüblük göstərici isə dəyişməmişdi.
Rüblük göstəricilərdə ən nəzərəçarpacaq artım Kiprdə (+1.2%), İrlandiyada (+1.1%), həmçinin Latviyada, Litvada və Macarıstanda (hər biri +0.8%) müşahidə olunub. Estoniyada (-0.4%), İsveçdə (-0.1%) və Hollandiyada (-0.1%) azalma qeydə alınıb.